PAPARAZZİ
Müğənni imicini dəyişdi - foto
13-04-2021

Müğənni Nez Cihangirdə kameralara tuş gəlib. Mtv.az xəbər verir ki, ifaçı yeni imici ilə xeyli diqqət çəkib. O, saçlarını olduqca qısa kəsdirərək sarı rəngə boyatdırıb. Xarici görünüşündə dəyişiklik edən Nez, saçını bu formada kəsdirən qadınların psixoloji problemlər yaşadığı fikrinə etiraz edib: "Niyə kişilər saçını uzadanda onlar haqqında "Psixoloji problemləri var" demirlər. Amma qadınlar belə edəndə onun haqqında hər şey danışırlar. Məncə belə fikirlərin yayılmasına səbəb elə qadınlar özləridir. Saçlarımı kəsdirəndə sevgilim yeni imicimin mənə çox yaraşdığınI dedi. Qadın saçları mütləq uzun olmalıdır deyə bir şey yoxdur”.

108 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
23 May
20 May