"Fatimə uşaqlarımın yanında oldu..."

"Fatimə uşaqlarımın yanında oldu..."
Rəqqasə Rəna Ağamuradova həmkarı Fatimə Fətəliyeva ilə bağlı etiraf edib.

Sənətçi televerilişin birində yaşadığı çətin günləri xatırlayıb.


O bildirib ki, maddi imkansız yaşayanda Fatimə sənət adamlarından ona görə pul yığıb: "Atam rəhmətə gedəndə Fatimə yanımda idi. Atamı dəfn edib məni xəstəxanaya yerləşdirdilər. Heç kim yanıma gələ bilmirdi. Fatimə şou-biznesdən pul yığıb anama verdi. Uşaqlarımın yanında oldu. Ona görə də nə olsa, onun yanındayam".