Lətifə toylara getmir

Lətifə toylara getmir
"Bəzən bir yerə gedəndə xərclədiyin zamana heyfin gəlir.

Ona görə də seçici olmuşam. Hər səhər saat 6-da oyanıram. Zamanımı elə bölürəm ki, mənə və ətrafıma xeyir gətirib, fayda versin. Nə qədər mahnılar yazdırmışam. Sevdiyim şəxslərin verilişinə gedirəm. Ötən il 2-3 proqrama çıxmışam. Bu il isə ilk efirdir".


Bu sözləri müğənni Lətifə Soyuöz televerilişin birində deyib. Sənətçi artıq proqramlara qatılmaq istəmədiyini bildirib. 


Lətifə sosial şəbəkədəki paylaşımlarından danışıb: "Xoşlayıram gündəlik həyatımı paylaşım. Nəsə paylaşmayanda yazırlar haradasan? Əgər maraqlıdırsa, niyə də yayımlamayım? Kimsə paylaşdığım nəyisə istəyirsə, arzusuna qovuşar".


İfaçı toy məclislərində getmədiyini də bildirib.