Filipp rus-özbək müğənni ilə gərginlik yaşyıb
İrem həmkarı ilə eşq yaşayır - foto
Cenner özəl təyyarəsi ilə gündəmə gəlib
Günel heç bir verilişə qatılmayacaq

Facebook instagram Twitter Youtube
MÜSAHİBƏ

Aynur xoşbəxt olmadığını etiraf edib

30-09-2022


"Qadın kimi xoşbəxt deyiləm. Amma səhnədə Aynur Dadaşova kimi çox xoşbəxtəm. Tək qaldığımda ağlayıram. Çünki yaxşı insanam, amma həyatda bəxtim gətirmədi. Gecələr eyvana çıxıb Allaha deyirəm ki, içimdə düşündüklərimi yaşamaq istəyirəm. Bugünki gündə özüm qazanıram, öz ayaqlarımım üstündə dururam. Yəni heç kimə ehtiyacım yoxdur və heç kimdən aslı deyiləm. Amma haradasa bir qadın olaraq "məqsədimə çatmaq" kimi bir prinsipim var. Bunları isə bəndədən yox, göydəki Allahdan istəyirəm. Allahdan diləyirəm ki, izin versin, mən də bu həyatda bir xanım olaraq, sevgi dolu bir qadın olum". Mtv.az xəbər verir ki, bu sözləri müğənni Aynur Dadaşova deyib. Şəxsi həyatından danışan ifaçı xoşbəxt olmadığını bildirib. Həyat yoldaşının ona xəyanət etdiyini bildirən Aynur ərini çox sevdiyini deyib: "Çox sevmişəm. Desəydi, Aynur ölümə gedirəm, gedirsən? gedərdim... Xəyanət bir, iki, üç dəfə dözürsən. Deyirsən ki, övladın, isti ocağın var. Elə məqam çatır ki, səni sudurqa tutur. Sevgimə yazığım gəldi. Özümü zavallı kimi gördüm. 18 il bərabər yaşayırsansa, sonra bitirsə, Allahın işidir. 18 il uşaqlara görə dözdüm. O qədər məhv olmaq istəmədim. Ayrılmağıma peşman deyiləm". O bildirib ki, keçmiş həyat yoldaşının həyatında başqa qadın var: "İndi həyatında başqa xanım var. Övladlarım yanımdadır. Buna pis baxmıram. Xanım var onu qəbul etməz. Sevgi nifrətə çevriləndə, gözündə heç nə yoxdur. Ona çox nifrət edirəm... Kaş xəyanəti bilməzdim: oturmuşdum evimdə, övladlarım yanımda, rahat yaşayırdım".

40 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti