MÜSAHİBƏ
Xalq artisti estradanın vəziyyətindən gileylənib
20-05-2022

"Belə bir tendensiya yaranıb: Gənclərimizin bir hissəsi mərsiyə stilində mahnılar dinləyirlər, oxuyurlar. Bir hissəsi mərsiyə stilində muğamlar oxuyurlar. Bir hissəsi isə sadəcə xarici musiqiyə qulaq asırlar". Mtv.az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova deyib. Müğənni estradanın hazırkı durumundan gileylənib: "Belə olduğu halda estrada musiqimiz çox böyük tənəzzülə uğraya bilər. Buna görə də iyunun 1-də olacaq konsertimdə klassik musiqilərimizi oxumaq üçün öz tələbələrimi səhnəyə çıxaracam. Onlara tapşırıq vermişəm ki, hansı mahnıları oxusunlar. Siz mən, hamımız əl-ələ tutub, zəngin, mədəni irsimizi qorumalıyıq".

29 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
1 İyul
30 İyun