Timati karyerasını başa vurur
Tatlısəsin konsertinə kredit götürüb gəldi
Ajda Pekkan arzusunu açıqladı
Aktrisanın evi qarət olunub

Facebook instagram Twitter Youtube
MÜSAHİBƏ

Lətifə ziynət əşyalarını sevir

03-12-2021


"İllərdir içimdə olan arzunu gerçəkləşdirirəm. İllərdi onun xəyalını qururdum. Allah elə gətirdi ki, həmin iş başladı. Pandemiya ərəfəsində çox çalışdım, onun nəticəsini görməyə başlamışam. Həyatımın layihəsi üzərində 2 ildir çalışırdım. Bir neçə ölkədə bunun startı verilib. Bu ilin sonuna kimi gəlib Azərbaycana çıxacaq. Bunu Azərbaycanda hələ heç kim etməyib, bir ilkdir. Çalışdığım komanda bu haqda geniş açıqlama verməyə icazə vermir. Orada çalışan insanları bezdirdim, amma istədiyim oldu. Türkiyədə mahnımız çıxacaq, hazır olma ərəfəsindədir". Mtv.az xəbər verir ki, bu sözləri müğənni Lətifə Soyuöz deyib. Sənətçi 2 ildir üzərində çalışdığı layihəsindən söz açıb və bildirib ki, bu layihə təkcə Azərbaycanda yox, bir çox xarici ölkədə də təqdim ediləcək. Ziynət əşyalarını sevdiyini deyən Lətifə illərdir olduğu çərçivələri sındırmağa çalışdığını söyləyib: "Bacardığım qədər çərçivələri genişlədirəm. Oxatan bürcüyəm, çərçivəni heç sevmirəm. Ziynət əşyalarını hədsiz çox sevirəm. Bizdə hər şeyi nənəm Lətifə xanım idarə edir. Ailənin sponsorudur. 57 ildir iş xanımıdır". Bədən quruluşu müzakirə olunan Lətifə heç bir plastik əməliyyat etdirmədiyini söyləyib: "Etdirməmişəm, çox şükür. İncə bel məndə anadangəlmədir. Arıqlamaq üçün əməliyyat etdirmək istərəm. Amma indi bədən quruluşumda heç bir əməliyyat yoxdur. Bir vaxtlar bu cür görünüş problem sayılırdı, indi dəbdir". İfaçı heç vaxt toya getmədiyini söyləyib. O, "Vəfanın (müğənni Vəfa Şərifova - red.) mahnısını oxuyarsan" sualına belə cavab verib: "Getmirəm, özümü rahat hiss etmirəm. Oxumaram, çünki qulaq asmıram və bilmirəm". Boşanması haqda suallara isə sənətçi "Bəzi problemlər oldu, anlaşmadıq. Bəzi söhbətlər evdə qalsa yaxşıdır" deyə, reaksiya verib. "Sizin qəlbinizi necə biri fəth edə bilər" sualına Soyuöz "Mənim üçün görüntü önəmlid eyil. Əsas odur ki, kişi xasiyyətli olsun. Onun yanında qadın da özünü qadın kimi hiss etməlidir. Hiss etdirsin ki, sən qadınsan. Kişini yaraşıqlı edən onun xasiyyətidir" cavabını verib. Lətifə ona 52 min avroluq telefon hədiyyə edilməsi söhbətinə də reaksiya verib: "Göndərilmişdi, amma qəbul etmədim. Bunu təkcə ailəm bilir. Elə bir insandan həmin hədiyyəni qəbul edərəm ki, bilərəm o, mənim həyatımda, qəlbimdədir. Arxasında dura bilməyəcəyim hədiyyəni götürə bilmərəm. Həmin insan düşünürdü ki, onunla qəlbimi fəth edə bilər. Mən nə hədiyyələr görmüşəm. Nənəm belə mənə 57 minlik hədiyyə verib. Nə vaxt biləcəm ki, bəy mənim qəlbimdədir, ürəyimdədir, ailəmin qarşısına çıxara bilərəm, onda hədiyyəni də alaram. Kişi pullu olar, amma ürəyi ola bilməz. Eləsi də ola bilər ki, pulu yoxdur, amma ürəyi var. Əsas sevdiyin insanla əl-ələ verib yuxarı qalxmaq lazımdır. Kişiyə məqsəd verən qadın olmalıdır. Deməlisən ki, birlikdə gedək o yerə".



33 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti