Timati karyerasını başa vurur
Tatlısəsin konsertinə kredit götürüb gəldi
Ajda Pekkan arzusunu açıqladı
Aktrisanın evi qarət olunub

Facebook instagram Twitter Youtube
MÜSAHİBƏ

"Ailəm xəyanətə görə dağılmayıb..."

30-11-2021


"Ailəm xəyanətə görə dağılmayıb. Qızlarım ataları ilə qalmaq istəsə, hörmətlə yanaşaram: ananı ata, atanı ana əvəzləmir. Ataları ilə yaşamaq istəsələr hörmət edərəm". Mtv.az xəbər verir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova deyib. Müğənni ona şəxsi həyatı və keçmiş həyat yoldaşı İlham Qafarov haqda sualları cavablandırıb: "Övladlarımı da düşünürəm, efirə çıxıb ataları haqda danışmıram, qızlarımı yaralamaq istəmirəm... Təəssüf ki, qarşı tərəf bunu anlamır". L.Məmmədova "Ailənizin dağılmasında sizin payınız olmayıb" sualına "Qadın istəyirsə, kişini yanında saxlayar. Yəqin ki, özüm istəməmişəm. Sevib ailə qurmadım, sadəcə, qarşılıqlı hörmət var idi" cavabını verib. İfaçı bildirib ki, keçmiş ərinin birinci xanımı ilə münasibətləri yaxşıdır: "İlk həyat yoldaşı ilə yaxınıq, danışırıq, görüşürük. Aliment məsələsində mənə dəstək olub. Keçmiş ərimin üçüncü həyat yoldaşı ilə isə münasibətim yoxdur, ondan xəbərsizəm". Xatırladaq ki, L.Məmmədova və İ.Qafarov qalmaqallı şəkildə ayrılıb. Cütlüyün bu nikahdan 2 qızı var. Müğənni keçmiş ərini aliment vermədiyi üçün məhkəməyə şikayət etmişdi.

44 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti