"Murda" ləqəbli repçi həbs olunub
"Rəcəb İvedik 7" filmi çəkilir
Müğənni yol hərəkəti qaydalarını pozub
Reper öldürən şəxs həbs olunub - foto

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Əməkdar artist Məcnun Hacıbəyov vəfat edib

16-11-2021


Əməkdar artist Məcnun Hacıbəyov vəfat edib. Mtv.az xəbər verir ki, aktyor 86 yaşında dünyasını dəyişib. Bu barədə aparıcı Ayşə İsazadə feysbukda məlumat verib. O bildirib ki, aktyor koronavirusdan vəfat edib. M.Hacıbəyov 1935-ci il, oktyabrın 5-də dünyaya gəlib. 1965-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirib. Aktyor "Canavar balası", "Evlənmək istəyirəm", "Gənclik Macərası", "Göz həkimi", "Gülüş sanatoriyası", "Kişilər", "Qatarda", "Qəzəlxan", "Yarımştat" kimi film və televiziya tamaşalarında yaddaqalan obrazlar ifa edib. Allah rəhmət etsin!

91 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
17 May
















16 May