GÜNDƏM
Zeynəb Xanlarova özünü pandemiyadan qoruyur
04-11-2021

Son vaxtlar səsi-sorağı gəlməyən sabiq deputat, Xalq artisti Zeynəb Xanlarova dekabrın 28-də növbəti yubileyini - 85 yaşını qeyd edəcək.
Mtv.az xəbər verir ki,Xalq artisti hazırda bir ilini qeyd etdiyimiz 44 günlük Vətən müharibəsinə və ordumuzun Qarabağdakı zəfərinə reaksiyasını da mediaya açıqlamayıb.
Bəs Zeynəb xanım haralardadır, sənətkar mətbuatdan niyə uzaq gəzir?
modern.az sənətkarın özü ilə əlaqə saxlaya bilməyib, amma oğlundan Zeynəb xanım haqqında qısaca bilgi alıb.
Ailəsindən bildirilib ki, Zeynəb Xanlarova Bakıdadır: “Hər kəs kimi o da pandemiya səbəbindən özünü qoruyur”.
68 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
17 May
16 May