Hadisə pəhriz yolu ilə arıqlayır
Adrina Lima alt paltarında - foto
Aktrisa kilsədə yaşayır və rahibə olub
Aleyna Tilki Türkiyədən 4 aylıq köçdü

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Beynəlxalq Musiqi Festivalı başlayır

18-09-2021


Sentyabrın 18-24-dək ölkəmizdə ənənəvi Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının keçirilməsi nəzərdə tutulub. Mtv.az Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, builki festivalın ilk konsertlərindən biri də Şuşa şəhərində keçiriləcək. Sentyabrın 18-də Üzeyir musiqi günündə Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi altında F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və tanınmış solistlərin iştirakı ilə Şuşada açıq havada konsert təşkil olunacaq. Bundan əlavə, sayca XIII olan bu festival çərçivəsində Bakı, Gəncə, Ağdamda bir neçə tədbirin təşkili planlaşdırılıb. Eyni zamanda cari festival çərçivəsində ilk dəfə olaraq “Üzeyir sənətinin gənclik sədaları” adı altında yeni proqrama start verilib və gənclərə böyük səhnədə özlərini nümayiş etdirməyə şans yaradılıb. Festival çərçivəsində Azərbaycanın bədii kollektivləri, solistləri ilə yanaşı, ABŞ və Polşadan dəvət olunmuş məşhur musiqiçilərin də çıxışı nəzərdə tutulub. Onu da vurğulamaq lazımdır ki, mövcud pandemiya şəraiti ilə əlaqədar tədbirlərə yalnız xüsusi dəvətnamələr və COVİD pasportu ilə giriş mümkün olacaq.

42 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti