Ancelina Coli keçmiş əri ilə daim mübarizə aparıb
Kristen Stüart geyimi ilə gündəmə gəldi - foto
Aktyor sevgilisindən ayrıldı
"Qorxaqlar aşiq ola bilməz..."

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Yaquf Zurufçu bu gün dəfn olunur

15-09-2021


Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufçu bu gün Bakıda dəfn olunacaq. Mtv.az xəbər verir ki, bu barədə sənətçinin qohumları məlumat verib. Bildirilib ki, mərhum koronavirusdan vəfat etdiyinə görə cənazə ailəyə təhvil verilməyəcək. Əməkdar artistin cənazəsi birbaşa ailənin dəfn üçün müəyyən etdiyi yerə aparılacaq və torpağa tapşırılacaq. Ailə dəfn yerini hələlik müəyyənləşdirməyib. *** Koronavirusa (COVID-19) yoluxan Əməkdar artist Yaqub Zurufçu vəfat edib. Mtv.az xəbər verir ki, bu barədə "Yeni Klinika"nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov məlumat verilib. O, sənətçinin bir saat əvvəl vəfat etdiyini deyib. Xatırladaq ki, koronavirusa yoluxan Əməkdar artist bir müddət əvvəl "Yeni Klinika"nın reanimasiya şöbəsinə yerləşdirilmişdi. Xatırladaq ki, Yaqub Zurufçu 1956-cı ildə aprelin 8-də Təbriz şəhərində anadan olub. Allah rəhmət etsin! *** Mədəniyyət Nazirliyi Əməkdar artisti Yaqub Zurufçunun vəfatı ilə əlaqədar nekroloq yayıb. Nekroloqda deyilir: “Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Azərbaycanın Əməkdar artisti Yaqub Zurufçu 65 yaşında dünyasını dəyişib. Yaqub Zurufçu, 1956-cı il aprelin 8-də Təbriz şəhərində dünyaya göz açıb. 11 yaşında xalq mahnıları və bəstəkar mahnıları ilə tez bir zamanda tanış olan Yaqub Zurufçu,15 yaşında Təbrizin Milli Televiziyasında ilk dəfə çıxış edərək "Evləri Var Xana-Xana", "De gülüm gəlsin ay nənə", "Dilbər" mahnılarını məharətlə ifa edib. Müğənni bu istedadını və oxumaq istəyini atasının uzun müddət Bakıda yaşaması və Azərbaycan musiqisinə olan böyük sevdası ilə əlaqələndirirdi. Yaqub Zurufçu 19 yaşında Tehran Universitetinin İqtisad fakültəsində təhsilinə başlamış, eyni zamanda Tehran operasının xorunda musiqi fəaliyyətini davam etdirib. 1980-ci ildə Almaniyaya köçən müğənni musiqi təhsilini Hamburq şəhərində vokal sənəti üzrə davam etdirib, daha sonra Amerikanın Florida ştatında Miami şəhərinin Miami Universitetində vokal sənəti üzrə master diplomunu alıb. Bütün həyatı boyu qəlbində Azərbaycan musiqi sevdası ilə yaşayan Yaqub Zurufçunun dillər əzbəri olan “Ayrılıq” mahnısının hər bir vətəndaşımızın qəlbində xüsusi yeri var. O, 17 sentyabr 2009-cu ildə "Azərbaycan Respublikasının Əməkdar Artisti" fəxri adına layiq görülüb. Bir neçə gün öncə koronavirusa yoluxan sənətçi müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Allah rəhmət etsin!”

26 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti