Braziliyalı model özünü güllələdi
 Andrey Qubin Misirdə yaşayır - foto
Britni Spirs xəstəlikdən əziyyət çəkir
İbrahim Tatlısəs 5-ci dəfə evləndi

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Tanınmış bəstəkar dünyasını dəyişdi

09-04-2021


Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının keçmiş bədii rəhbəri, bəstəkar İlham Abdullayev vəfat edib. Mtv.az xəbər verir ki, bu barədə Xalq artisti Faiq Ağayev sosial şəbəkədə məlumat yayıb. “Bir ay əvvəl zəng edib, ifa etdiyim mahnılarının keyfiyyətli yazılarını məndən istədi. Dedi ki, hələ gec deyil, yolla onları mənə. Bilirdim ki, neçə ildir xəstəliyi ilə mərdcəsinə mübarizə aparır, dərhal istədiklərinin bir hissəsini yolladım ona. “Hələ yaxınlarda 90-larda ifa etdiyim 2 mahnımızın “remake”ləri çıxacaq, sevindirəcəyəm sizi” dedim. Qismət olmadı… Rahat uyu, yerin də rahat olsun, dəyərli insan. Allah rəhmət eləsin”, - Xalq artisti əlavə edib.

45 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti