Andrey Qubin Misirdə yaşayır - foto
Britni Spirs xəstəlikdən əziyyət çəkir
İbrahim Tatlısəs 5-ci dəfə evləndi
Müğənni ilə əri arasında ev qalmaqalı yaşanır

Facebook instagram Twitter Youtube
GÜNDƏM

“Eurovision”da tamaşaçı iştirakına icazə verildi

09-04-2021


Niderlandın Rotterdam şəhərində keçiriləcək “Eurovision-2021” Beynəlxalq Mahnı Müsabiqəsində tamaşaçıların iştirakına icazə verilib. Mtv.az xəbər verir ki, bu haqda müsabiqənin saytında qeyd edilib. Niderland Yayım Korporasiyası pandemiya şəraitində kütləvi tədbirlərin təhlükəsiz şəraitdə keçirilməsi prosesini öyrənmək məqsədilə hökumətin bu qərarı verdiyini açıqlayıb. Altı məşq, iki yarımfinal və finaldan ibarət doqquz şounun hər birində eyni vaxtda 3,5 min nəfər tamaşaçı iştirak edəcək. Lakin zala daxil olmaq üçün onlardan COVID-19 testinin neqativ cavabı tələb olunacaq. Xatırladaq ki, ötən il koronavirus pandemiyası səbəbilə ləğv edilən “Eurovision” Beynəlxalq Mahnı Müsabiqəsi 18-22 may tarixlərində Rotterdamın “Ahoy” arenasında təşkil ediləcək. Ölkəmizi müsabiqədə müğənni Əfəndi təmsil edəcək.

29 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti