Aktrisa sevgilisindən ayrıldı
Müğənni ailəsini dağıtmaq istəmir
Aktrisaya 1 lirə təzminat ödənəcək
Müğənninin oğurlanan maşını tapıldı

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Vaqifin Şuşadakı məqbərəsinin təmiri bu il başa çatacaq

06-04-2021


“Ümid edirəm ki, Molla Pənah Vaqifin Şuşadakı məqbərəsinin bərpa işləri bu ilin yayında başa çatacaq. Biz Molla Pənah Vaqifin poeziya günlərini Şuşada keçirəndə abidə o vaxta hazır olacaq”. Mtv.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mədəniyyət naziri Anar Kərimov bildirib. Nazir bildirib ki, Molla Pənah Vaqifin Şuşadakı məqbərəsi erməni vəhşiləri tərəfindən dağıdılıb: “1982-ci ildə həmin məqbərənin ulu öndər Heydər Əliyev tərəfindən açılışı olmuşdu. O, çox gözəl memarlıq abidəsi idi. Təəssüflər olsun ki, erməni işğalçıları tərəfindən həmin abidə, demək olar ki, dağıdılıb. Prezident İlham Əliyevin sərəncamı ilə məqbərənin bərpasına başlanılıb”. A.Kərimov əlavə edib ki, “Xarı bülbül” festivalının keçirilməsi ilə bağlı işlər aparılır: “Bu festivalın keçirilməsi nəzərdə tutulub. Bu il biz bu festivalı Şuşada keçirəcəyik”.

42 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti