Sərdar Ortaç qumarı çox sevirdi
Demet Akalın yenidən aparıcılıq edəcək
Hollivud ulduzu çəkiliş meydançasında - foto
Timuçin Lamın klipində yer alacaq

Facebook instagram Twitter Youtube
FİLM

"İstintaq" filmi festivalda nümayiş olunub

21-09-2022


Sankt-Peterburqda MDB ölkələrinin iştirakı ilə Lendoc Film Festivalı (LEFF) baş tutub. Mtv.az xəbər verir ki, avqustun 21-dən 24-nə kimi Sankt-Peterburqda “Lendok” Açıq Kinostudiyasının 90 illik yubileyinə həsr olunmuş genişmiqyaslı tədbirlər keçirilib. Təşkilatçılar təkcə Rusiyadan deyil, həm də qonşu ölkələrdən olan tərəfdaşları və paytaxtın qonaqları üçün işgüzar, mədəni və əyləncə proqramı hazırlayıblar. Bu günlərdə Rusiya və MDB ölkələrinin III Beynəlxalq Bədii və Sənədli Filmləri Film Festivalı Lendoc Film Festivalı (LEFF), həmçinin Rusiya və MDB ölkələrinin birgə istehsalı üzrə Beynəlxalq Konfrans keçirilib. Festivalda Azərbaycandan Rasim Ocaqovun "İstintaq" filmi də nümayiş olunub. Filmdə Aleksandr Kalyagin, Həsən Məmmədov, Şəfiqə Məmmədova, Rasim Balayev, Yevgeni Lebedev, Tofiq Mirzəyev, Həsən Turabov rol alıblar. Qeyd edək ki, festivalın “Onlayn platformalar üçün oyun serialları” kateqoriyası üzrə qiymətləndirmənin üzvlərindən biri də “Azərbaycanfilm” kinostudiyasının direktoru Nazim Hüseynovdur.

127 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti