Hadisə geyiminə görə tənqid hədəfi olub - foto
Bülənt Ərsoyun həyatından film çəkiləcək - foto
Aktrisa Berlində teatr açmaq istəyir
Hollivud ulduzu yeni eşqə düşüb - foto

Facebook instagram Twitter Youtube
FASHİON

"Castini Qomezin əlindən almamışam" - model

28-10-2022


Kanadalı müğənni Castin Biberin həyat yoldaşı, model Heyli Biber ilk dəfə Selena Qomezlə bağlı haqqında çıxan iddialar barəsində danışıb. Mtv.az xəbər verir ki, o, Castini Qomezin əlindən almadığını deyib. Bu məqamda xatırladaq ki, cütlüyün münasibəti Castinin Qomezdən ayrılmasından cəmi bir neçə ay sonra başlayıb. Qomez də mahnılarından birində bu barədə oxuyub və bu, pərəstişkarlarının Heyliyə qarşı qəzəbinə səbəb olub. Model açıqlamasında bildirib ki, bu, heç də belə deyil. O, vurğulayıb ki, Castin 2018-ci ildə Selena ilə ayrıldıqdan sonra onunla görüşməyə başlayıb. Onlar 2016-cı ildə münasibətdə olub və 2018-ci ildə yenidən görüşməyə başlayıblar, bundan sonra isə evləniblər: "Biz görüşməyə başlayanda onun heç bir münasibəti yox idi. Kiminsə münasibətini pozmaq mənim prinsiplərim arasında yoxdur, mən daha yaxşı tərbiyə almışam. Kənardan necə göründüyünü başa düşürəm. Amma dəqiq bilirəm ki, Castin və Qomez həmin vaxt münasibətlərini artıq bitirmişdilər. Ünvanıma nifrət dolu şərhlər yazırlar, çünki insanlar onu Qomezdən aldığımı düşünürlər. Buna reaksiya verəcəyim təqdirdə isə yenidən yazacaqlar deyə, bu barədə heç nə danışmamışam".

43 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti