Model müğənni ərinin səhhəti ilə bağlı danışıb

Məşhur model Heyli Biber həyat yoldaşı, 28 yaşlı kanadalı müğənni Castin Biberin səhhəti ilə bağlı danışıb. Mtv.az xəbər verir ki, model "Ramsey-Hant" sindromundan əziyyət çəkən Castinin üzünün yarısının iflic olduğunu və hazırda özünü daha yaxşı hiss etdiyini bildirib: "Castin özünü daha yaxşı hiss edir. Bu, sadəcə qəfil və çox qorxulu bir vəziyyət idi. O, yaxşı olacaq və buna görə minnətdaram". Heyli həyat yoldaşının pərəstişkarlarına dəstəklərinə görə də təşəkkür edib. Xatırladaq ki, bir müddət əvvəl instaqram hesabında paylaşım edən Castin də özünü daha yaxşı hiss etdiyini və müalicə mərhələsinin hələ birmədiyini yazmışdı. Heyli özü də bir neçə ay öncə mikroinsult keçirdiyi üçün ürəyindən əməliyyat olunmuşdu.
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
