FASHİON
Demet hansı xəstəlikdən əziyyət çəkir?
04-07-2022

Son zamanlar aldığı çəkilərlə diqqət çəkən türkiyəli müğənni Demet Akalının hansı xəstəlikdən əziyyət çəkdiyi bəlli olub. Mtv.az xəbər verir ki, bu barədə ifaçı özü açıqlama yayıb. O, bir aydan çoxdur miqrendən müalicə aldığını bildirib. "Təzyiqim düşdü, pəhriz saxlayıram, başım fırlanır. Çox kortizon istifadə etdiyim üçün bir qədər kökəldim. 100 kiloqram olum, təki bu ağrılardan qurtulum. Beş professorun qəbulunda olmuşam" deyə, Demet deyib. Xatırladaq ki, son günlər ifaçının səhnəyə idman kostyumlarında çıxması müzakirələrə səbəb olub.
122 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
5 İyun
2 İyun