Aktrisanın evinə basqın edilib
Dua Lipa kamera qarşısına keçib-foto
Zendayanın sentyabr fotosessiyası
Sərdar Ortaç kəndə köçür

Facebook instagram Twitter Youtube
FASHİON

Model çıxışına görə ittiham olunub - foto

05-04-2022


“Vogue” nəşri son paylaşımlarından birinə görə qalmaqalla qarşılaşıb. Mtv.az xəbər verir ki, nəşr bir müddət əvvəl məşhur model Cici Hadidin Ukrayna və Fələstinə maddi yardımı ilə bağlı məlumatda dəyişiklik etməli olub. Buna səbəb modelin orijinal paylaşımında yer alan mətndə Ukraynada yaşanılanların Fələstində baş verənlərlə eyni tutulması təxribatçılıq kimi qiymətləndirilib. İsrail təsir dairələri jurnalı antisemitizmdə və təhlükəli siyasi bəyanatlar yaymaqda ittiham ediblər. Bundan sonra "Vogue" sözügedən paylaşımda redaktə etmək məcburiyyətində qalıb. Onlar paylaşımda modelin yalnız Ukrayna ilə əlaqəli hissəsini saxlayıblar. Lakin rəsmi saytlarında yer alan xəbərdə hər hansı dəyişiklik etməyiblər. Jurnalın bu cür addım atması isə daha sonra fələstinlilərin təzyiqləri ilə qarşılaşmasına səbəb olub. Çünki mətndən Fələstinin çıxarılması Cici Hadidin nəzərdə tutduğu ianələri yalnız Ukraynaya bağışladığı kimi anlaşılıb ki, bu isə doğru deyil.





159 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti