Beyons vergidən yayınmaqda ittiham olunur
Bloger və gimnast “qara siyahı”ya salınıb
Bülənt Ərsoy yeni imici ilə diqqət çəkib - foto
"Şirinə" obrazını Rihanna səsləndirəcək

Facebook instagram Twitter Youtube
FASHİON

Modelin nənəsi agent olub

07-10-2021


Model İrina Şeyk şəxsi həyatı və ailəsi ilə bağlı açıqlama verib.

Mtv.az xəbər verir ki, model ilk dəfə "Highsnobiety" nəşrinə reper Kanye Uestlə haqqında yayılan iddialara aydınlıq gətirib.

O, şəxsi həyatı ilə bağlı çox danışmaq istəmədiyini vurğulayıb. Model bunu köklərinə borclu olduğu üçün etmədiyini ifadə edib: 

"Sabah da qapıçımla birlikdə olduğumla bağlı şayiələr olacaq və? Ertəsi gün başqa biri ilə. Sevgi həyatımda hər zaman bir şey olur, amma bunu özümə saxlayıram".

Ailəsindən söz açan İrina nənəsinin agent olduğunu bildirib: "Nənəm İkinci Dünya müharibəsi zamanı gizli agent idi. Düşünürəm ki, özəl həyat gizli saxlanılmalıdır".

Keçmiş münasibətlərindən danışan model eks-sevgilisi Bradli Kuperin yaxşı ata olduğunu deyib: "O, böyük, qayğıkeş atadır. Dayəyə ehtiyac yoxdur. O və Liya (red. cütlüyün birlikdəliyindən olan övladları) iki həftə tətilə getdilər və mən onlara heç vaxt zəng etmədim.

Mən və Kuper olduqca sərt prinsipləri olan valideynlərik və qızımıza düzgün davranış qaydalarını öyrədirik. Məsələn, yeməyi bitirdikdən sonra masadan qalxır, boşqabını götürüb "sağ ol" deyir. "Xahiş edirəm" və ya "təşəkkür edirəm" demədən heç bir şey almır".

172 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti