Dostluqların pozulmasına pul səbəb olub

Xalq artisti Faiq Ağayev keçmişdə şou-biznes aləmindəki dostluqlardan danışıb. Mtv.az xəbər verir ki, televerilişin birinə qonaq olan sənətçi münasibətlərin pozulmasının səbəbini açıqlayıb: "Ona "zəhrimar pul" səbəb oldu. Kim daha çox qazanacaq, toyda kim çox oxuyacaq. Təmənna olan yerdə dostluq olmur. O illərdən çox az adam deyə bilər ki, sənət aləmindən mənim dostum qalıb. Böyük sevgi, həsrətlə "Bakı payızı - 88"i xatırlayıram. Zülfiyyə Xanbabayeva, Aygün Kazımova, Samir Bağırov, Arzu Rzayev, Sevil Hacıyeva, İlqar Xəyal... Kulisdə biri-birimizə azarkeşlik edirdik, dəstək olurduq. Sanki ortada birincilik məsələsi yoxdur, yarışmırıq, biri-birimizə kömək edirik. Daha sonra təbii ki, illər keçdikcə cavanlığın saflığı silinməyə başlayır. Estrada musiqisinin özülünü Aygünlə mən qoyduq. Daha sonra digərləri bizim açdığımız yolla rahat gedə bildilər".
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
