Hər libasın qiyməti 1 milyon dollardan çoxdur - foto
Aktrisa əri ilə bağlı iddialara cavab verib
Sərvətləri çox olan məşhurlar kimlərdir?
Aktrisa yeni eşqə düşüb - foto

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

Eldar Mansurovun 70 illik yubileyi keçiriləcək

20-09-2022


Oktyabrın 2-də Heydər Əliyev Sarayında bəstəkar, Xalq artisti Eldar Mansurovun 70 illik yubileyinə həsr olunan möhtəşəm konsert proqramı keçiriləcək. Mtv.az xəbər verir ki, yubiley gecəsində Azərbaycanın tanınmış mədəniyyət və incəsənət nümayəndələri, Xalq artistləri Mübariz Tağıyev, Ağadadaş Ağayev, Murad Adıgözəlzadə, Cavan Zeynallı, Faiq Ağayev, Əməkdar artist Manana Caparidze və başqaları çıxış edəcəklər. İfaçıları səhnədə Xalq artisti Cavanşir Cəfərovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edəcək. Yubileydə bəstəkarın unudulmaz “Bayatılar”, “Bakılıyam mən”, “Melody”, “Yarı məndə, yarı səndə”, “Gecələr keçir”, “Ola bilməz”, “Bu sevgi”, “Bayatı-şiraz”, “Bir daha”, “Dünya köhnə dünyadı”, “Karnaval” və s. əsərləri səslənəcək.

18 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti