EKSKLÜZİV
Əməkdar artist Hindistana anasına görə getməyib
04-07-2022

Əməkdar artist Çingiz Əhmədov illər əvvəl Hindistandan aldığı təklifi açıqlayıb. Mtv.az xəbə verir ki, aktyor teleproqramın birində anasına görə hindlilərin böyük təklifindən imtina etməli olduğunu söyləyib: "Məni Hindistana aparırdılar. Anama görə Hindistana gedə bilmədim. Telefilmin direktoru Nazim Abbas var idi, Hindistandan və digər yerlərdən rejissorlar dəvət etmişdi. Dəhlizdən keçəndə məni gördülər, dedilər, hindistanlıdır? Dedim, yox. Məni 5 illik müqavilə ilə ora aparmaq istəyirdilər. Anam eşitdi, gözünün yaşını tökdü. Eləcə getmədim".
97 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
30 Mart
29 Mart