Rihanna nikah masasına əyləşir
Aktrisa yenə əməliyyat olunub
Madonna 23 yaşlı modeldən ayrılıb
Hollivud ulduzu gənc model ilə eşq yaşayır-foto

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

"Onu görsəm qucaqlayacam..."

10-06-2022


"Öz aləmimdə bu küsülülüyə son qoydum. Onu görsəm qucaqlayacam. Rahat olsun ki, onu çox istəyirəm". Mtv.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan Xalq artisti Nazpəri Dostəliyevanın ünvanına deyib. Müğənni bir vaxtlar qalmaqal yaşadığı Dostəliyevaya "Şourum" proqramında barışıq addımı atıb: "Zamanında deyib, mən də cavab vermişəm. Qaldı keçmişdə. Allah bundan sonra balalarını ona çox görməsin. Oğlanlarının adı oğlumun adındadır - Əliəkbər. Sənətinə gəlsin, mahnımız var idi. İstəyərəm ki, həmin mahnını oxusun - "Kəmfürsət taleyim". O vaxt məşq də etmişdik, yarımçıq qaldı". Xatırladaq ki, Nazpəri Dostəliyeva ilə Elza Seyidcahan arasında qalmaqalın təməli “Azərbaycanın səsi” mahnı yarışmasında qoyulub. Hər iki ifaçı sözügedən yarışmada münsif kürsüsündə oturub. Mübahisənin səbəbi N.Dostəliyevanın yarışmada Elzanın tələbələrinin adını çəkməməsi olub. Elzanın "Nazpəri xanım, hər kəsin tələbələrinin adlarını sadaladı, ancaq mənimkini yox. Mənim birinci tələbəm Nazpəri xanım olub. Təzə səhnəyə gələndə mənim "Qadasını aldığım" və "Ömrümdən getmə" mahnılarımı oxuyub. Tələbələrim göz qarşısındadır. Sizdən gözləməzdim, üstünüzdə əziyyətim olub" sözlərinə N.Dostəliyeva gülərək reaksiya verib. "Yarışmanı tərk edirəm, bazar adamları ilə otura bilmərəm" deyən, Dostəliyeva studiyanı tərk edib.

115 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti