Keti musiqiçi Bobbi ilə eşq yaşayır - foto
Müəlliflik hüququnu 100 milyon dollara satıb
Aktyor 3 milyon lirə qazanacaq
“ABBA” üzvləri 40 ildən sonra görüşüblər - foto

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

Elza verilişlərə çox çıxmamasının səbəbini açıqlayıb

25-05-2022


"Heç vaxt verilişlərə çox çıxmamışam. İnsan var efirə çıxmağı sevir, mən yox. Gözüm toxdur, uşaqlıqdan bunun içində böyümüşəm. Atama görə evimizdə hər zaman çəkilişlər olub. Mənim üçün burada qeyri-adi hal olmur. Bəzən getmişəm, demişəm, kaş getməzdim: səviyyə o deyil, mənim yerim deyil. İndi gedəndə əvvəlcədən öyrənirəm, yutubda izləyirəm, qonaqları soruşuram". Mtv.az xəbər verir ki, bu sözləri Əməkdar artist Sevda Ələkbərzadə deyib. Müğənni verilişlərə çox çıxmamasının səbəbini açıqlayıb: "Bir dəfə "Arazbari" kliöimi verilişlərdən birində təqdim etdim. Getdim ki, elə adamlar dəvət ediblər ki, onları mən, sən, biz tanımırıq. Onları elə təqdim edirdilər ki... Onların musiqiyə aidiyyatı yoxdur. Mən və işim kənarda qalıb. Anladım ki, onlar pul verib efirə çıxıblar. Həmin hadisə ürəyimdə xal kimi qaldı. Utanmasaydım, o verilişi tərk edərdim. Onların günahı yoxdur. Günah onları ora dəvət edib, o səviyyəyə qaldıranlardadır". Ələkbarzadə bir çox sənət adamının verilişlərə getməməsindən danışıb: "Bir veriliş yaxşı olsa, qonaqları yaxşı olsa, aparıcı peşəkar, intelektli olsa, hamı gedər. Gələn qonaqları sən görürsən axı. Sənətə aidiyyatı olmayanları aparıcılar sənətkar kimi təqdime dirlər. Buna görə də müğənnilər getmir verilişlərə. Bir aparıcı məni qane etmirsə, getməyəcəm, İstər məni tək çağırsın. Bəzən mən də şərt qoyuram ki, tək gəlim və ya istədiyim insanlarla olub. Ona görə yox ki, kiməsə yuxarıdan aşağı baxıram. Sadəcə uyğunluq olmalıdır". Sevda müğənni Türkan Vəlizadənin mahnısının İçərişəhərdə konsertdə səsləndirilməsinə irad bildirməsindən bəhs edib: "Hər kəsin şəxsiyyətinə hörmətlə yanaşıram. Mənim paylaşımım vətəndaş mövqeyi idi. İçərişəhərdəydim, qoruqdur, açıq havadakı muzeyimizdir. Belə musiqi bazarda və haradasa səslənə bilər, gedib deyə bilmərik, səsləndirmə. Amma muzeydə, mədəniyyət ocağında bunu deməyə ixtiyarımız var. İçərişəhərin böyüyü bunu etmir. Bu iş işçiyə həvalə olunur və o edir. Həmin gün mən gəzəndə iki şəxsin bir-birinə "bu nə musiqidir" dediyini eşitdim. İçərişəhərdə dediyim söz də, başqa yerə yönəldildi. Mən qalmaqaldan uzağam. İfaçını tanımırdım, səhnəni arxadan çəkdim. Gedirdim, amma içimdə boğuldu, vətəndaş mövqeyimi bildirdim". S.Ələkbərzadə bayağı musiqilərin trendə düşməsi haqda suala "Həmin mahnılar radioda səslənməməlidir. Heç bir pulla, tapşırıqla olmammalıdır. Onsuz da onların dinləyici kütləsi var. Mən trendə düşmək istəmirəm. Ya baxış dalıyca qaçacam, ya da sənətimlə məşğul olacam" cavabını verib.

29 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
1 İyul
















30 İyun