Madonna 35 yaş kiçik sevgilisindən ayrılıb
Hollivud ulduzuna psixi pozuntu diaqnozu qoyulub
Müğənni mebel şirkətinin siması olub
Supermodel 78 yaşında poz verdi - foto

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

Xalq artisti yenidən fəaliyyətinə başladı

13-05-2022


Mədəni ləğvlərlə üzləşən Rusiyanın Xalq artisti Anna Netrebko yaradıcılığında yaranan müvəqqəti fasilənin başa çatdığını açıqlayıb. Mtv.az xəbər verir ki, bu barədə o, instaqramda yazıb. İfaçı bunun onun üçün gözlənilməz olduğunu bildirib. “Beləliklə özəl səyahətimi yarımçıq qoyaraq gözlənilmədən işə qayıdıram. Gözəl Misirlə ayrıldığım üçün çox təəssüflənsəm də, normal həyata doğru bu addımı atmalıyıq. Ürəyimin bir hissəsi əbədi olaraq burada qalacaq və yenidən buraya qayıdacağam". O, ilk çıxışının nə vaxt və harada keçiriləcəyini bildirməyib. Xatırladaq ki, daha əvvəl Annanın Mariinski teatrının may və iyulda keçiriləcək “Ağ gecələrin ulduzları” festivalında çıxışı olacağı deyilirdi. O, Xalq artisti Yusif Eyvazovun həyat yoldaşıdır. Anna uzun müddət Ukraynadakı vəziyyətlə bağlı şərh vermədiyinə görə, çalışdığı bir çox məşhur teatrla yollarını ayırmalı olmuşdu. O, fikrini bildirdikdən sonra isə "Novosibirsk Opera Teatrı" onunla əməkdaşlığı dayandırmışdı. Bundan sonra o, karyerasında fasilə verərək səyahətə yollanıb. Bir neçə gün əvvəl Bakıda, daha sonra isə Dubayda olub.

28 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
26 May
















25 May