Müğənni məhkəməyə müraciət edib
Seda Sayanı izləyicilər çox bəyənib
Beyons vergidən yayınmaqda ittiham olunur
Bloger və gimnast “qara siyahı”ya salınıb

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

"Uşaq döymək ailə hadisəsi deyil..."

16-03-2022


"Uşaq döymək ailə hadisəsi deyil: əzik, sınıq, travmalı, özünə inamsız, kompleksli cəmiyyəti yaratmaqdır". Mtv.az xəbər verir ki, bu sözləri müğənni-bəstəkar Murad Arif sosial şəbəkədə yazıb. Sənətçi uşaqların döyülməsi müzakirəsinə münasibət bildirib: "Ona görə də özgüvənimiz yox, ona görə də bir çox hallarda qanunlar işləmir, özbaşınalıqlar, səhlənkarlıqlar, vəzifədən sui-istifadə etmələr yayılır. Müdirinə, rəisinə, qanunu çapıb-talayanlarına, rüşvətxorlarına dirəniş göstərə bilməməyimiz, o müdirlərin, "ağaların" qarşısında ikiqat əyilib, haqqını tələb edə bilməməyimiz, bax, həmin əziklikdir. Aqressivliyi toplayıb, evdə arvad-uşağa tökürsən... Yanlış dairəsi yeni nəsillərə ötürülür. Adını da mentalitet qoymuşuq". Xatırladaq ki, aparıcı Sərxan Kərəmoğlu uşağı döyməklə bağlı açıqlaması ilə gündəmə gəlmişdi.

153 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti