Müğənni məhkəməyə müraciət edib
Seda Sayanı izləyicilər çox bəyənib
Beyons vergidən yayınmaqda ittiham olunur
Bloger və gimnast “qara siyahı”ya salınıb

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

Xalq artisti estradanın vəziyyətindən gileylənib

28-02-2022


"Özlərinin istedadı varsa, onlara dəstək lazım deyil. Dəstək vacib deyil. Özü haradansa, harasa vuracaq və çıxacaq. Bizim çox istedadlı gənclərimiz var". Mtv.az xəbər verir ki, bu sözləri Xalq artisti Zülfiyyə Xanbabayeva deyib. Müğənni gənclərə dəstəkdən danışıb. O, estradanın hazırkı vəziyyətindən gileylənib: "Düşünürəm ki, hələ estradamız... Ümid edirəm ki, yaxşılığa doğru gedər. Pozitivə köklənək. Rəqabət olan yerdə söz-söhbət ola bilər. Bu da gəlib ifrat dərəcəyə çıxır. Amma sağlam rəqabət aparıb, bir-birinə işiylə cavab verəndə, yaxşı olur. Yoxsa o deyir, bu deyir... Bunu çoxdandır qulaqlarım eşitmir". Müğənni hər zaman ağ və qara geyimlərə üstünlük verməsi haqqında suala isə "Həyatın zolağıdır: ağ və qara. Üçüncü var? Ya ağla, ya qara ilə gedirsən, qırmızı ilə getmirsən ki..." cavabını verib.

149 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti