Müğənni məhkəməyə müraciət edib
Seda Sayanı izləyicilər çox bəyənib
Beyons vergidən yayınmaqda ittiham olunur
Bloger və gimnast “qara siyahı”ya salınıb

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

Əməkdar artist eşq yaşayır

25-02-2022


Əməkdar artist Lalə Məmmədova eşq yaşadığını etiraf edib. Mtv.az xəbər verir ki, müğənni artıq həyatında sevgi olduğunu deyib: Şəxsi həyatımda günəş doğur. İşıqlarını belə hiss edirəm. İnsanın içində müəyyən bir şeylər cücərirsə, o, heç nəyi gözləmir: nə qışı, nə də yazı. Mənim içimdə duyğular var. Səbəbi olan insan da var. Amma sirdir. Hələ gözəl mərhələlər keçirəm. Bizdə tanınma mərhələsidir. Yola saldığım ildə 43 yaşım var idi. O, yaşı sevdim, gözüm həyata başqa cür açıldı. Mənim də həyatımda az şeylər olmadı. Yanıldığım, yandığım anlar oldu. Artıq səhv etmək hüququm da, şansım da çox azdır. Valideynlərimlə yaşayıram. Atamın öz, anamın öz qayğıları var. Düzdür, biz beş bacıyıq, amma onlarla yaşadığım üçün çox məsuliyyət mənim üzərimədir. Və bu qədər şeyin içində evliliyə hazır deyiləm. Mənə elə gəlir ki, hər şeyi yerinə qoyub, sonra evlilik haqda düşünmək olar". Xatırladaq ki, L.Məmmədova bir dəfə ailəli olub və onun bu nikahdan iki qız övladı var.

139 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti