Xalq artistinin xanımının pulunu oğurlayıblar

Rusiyanın mərhum Xalq artisti, müğənni-bəstəkar Aleksandr Qradskiyin həyat yoldaşı Marina Kotaşenko silahlı hücuma məruz qalıb. Mtv.az xəbər verir ki, hadisə Moskva şəhərində baş verib. Qarətçilər Marinanın maşınına əyləşərək onu silahla hədələyərək, evinə - Naro-Fominsk bölgəsinə qayıtmağa məcbur ediblər. Orada M.Kotaşenkodan 100 milyon rubl (təxminən 2,2 milyon manat) alaraq mənzili tərk ediblər. Silahlı hücumdan sonra soyğunçuluq maddəsi ilə cinayət işi açılıb və iş Moskva vilayəti prokurorluğunun nəzarətinə götürülüb. Xatırladaq ki, Aleksandr Qradski noyabrın 28-də 72 yaşında vəfat edib. Onun dörd övladı var: üçüncü evliliyindən Daniel və Mariya, həmçinin gənc aktrisa Marina Kotashenkodan 7 yaşlı Aleksandr və 3 yaşlı İvan. Xalq artistinin sərvəti təxminən 500 milyon rubl (11,1 milyon manat) qiymətləndirilir: Moskvada üç mənzil, iki avtomobil, doqquz torpaq sahəsi və malikanə.
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
