Müğənni məhkəməyə müraciət edib
Seda Sayanı izləyicilər çox bəyənib
Beyons vergidən yayınmaqda ittiham olunur
Bloger və gimnast “qara siyahı”ya salınıb

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

Xalq artisti qalmaqallı sözlərinə aydınlıq gətirdi

28-01-2022


Xalq artisti Brilliant Dadaşova qalmaqallı sözləri kimə ünvanladığını açıqlayıb.

Mtv.az xəbər verir ki, müğənni bununla bağlı açıqlama verib.

O deyib ki, həmin sözləri iddia edildiyi kimi Xalq artisti Tünzalə Ağayevaya yox, ona şərh yazan izləyiciyə olub. Belə ki, transparan koftası ilə gündəmə gələn ifaçının geyimini izləyicilərdən biri tənqid edib. Dadaşova ona yazılan "Nənə, babamız var, onu stilində geyinin" sözlərinə Mirzə Ələkbər Sabirin sözləri ilə cavab verib. 

Müğənni əlavə edib ki, Tünzalə ilə münasibətləri çox yaxşıdır. Hətta ifaçı Ağayevanın mahnılarından birini oxuduğunu da əlavə edib.

Xatırladaq ki, B.Dadaşova "Geyinib yenə açıq-saçıq. Saxlayır özünü arıq, biabırçılıq. Biz yorulduq nənəmizin mədəniyyətini buna öyrətməkdən. O, isə yorulmadı "inteligent" Həsəni, Cəlil Məmmədquluzadəni, Zeynaləbdin Tağıyevi, Musa Nağıyevi, Nizaminin yaratdığı Kəhkəşanı, Xurşidbanu Natavanı, Təbrizi, Zəncanı, dahilər ocağı böyük Turanı, Hüseyn Cavidi, mədəni irsimizi misal çəkməkdən",- hekayəsində yazmışdı.

146 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti