Sərdar Ortaçın külli miqdarda borcu var
Müğənni dırnaq boyası satacaq
Manija ailə qurmağa hazırlaşır - foto
Aktrisa gəlinlik geyinmək istəmir

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

Maksim Qalkin "qara siyahı"ya salınıb

18-11-2021


Ukrayna Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyi dövlətin milli təhlükəsizliyinə təhdid hesab etdiyi mədəniyyət xadimlərinin siyahısına yeni adlar əlavə edib. Mtv.az xəbər verir ki, həmin siyahıya tanınmış rusiyalı yumorist və şoumen Maksim Qalkin daxil edilib. Bunun səbəbi açıqlanmayıb. Hazırda siyahıda 259 nəfər var. Buna səbəb Qalkinin 2014-cü ildə Krıma səfər etməsi və “Pyat zvyozd” mahnı müsabiqəsində münsif heyətinin tərkibində iştirak etməsi ola bilər. O, həmçinin 2015-ci ilin avqustunda Krımda olub. 2020-ci ildə Qalkin Ukrayna Prezidenti Vladimir Zelenskini parodiya edib və həmin görüntüləri instaqramda paylaşıb. O, “Prezidentdən beş sual” mövzusunda Ümumukrayna sorğusu ilə bağlı zarafat edib. Artist videonu “Ukrayna üçün xüsusi buraxılış” adı altında paylaşıb. O, həmçinin Rusiya televiziyasının Ukraynaya çox vaxt ayırmasından gileylənib. “Bu, məni artıq çox bezdirib, mən axı Ukraynada yaşamıram, niyə hər dəqiqə ondan danışırsınız?”, - Qalkin söyləyib. Xatırladaq ki, M.Qalkin SSRİ Xalq artisti Alla Puqaçovanın həyat yoldaşıdır.



27 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti