Sərdar Ortaçın külli miqdarda borcu var
Müğənni dırnaq boyası satacaq
Manija ailə qurmağa hazırlaşır - foto
Aktrisa gəlinlik geyinmək istəmir

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

Rəqsanə ilə Fədayə barışdılar

15-10-2021


Müğənni Rəqsanə İsmayılova ilə Fədayə Laçın barışıb.

Mtv.az xəbər verir ki, onlar aparıcı Sərxan Kərəmoğlunun ad günündə bir araya gəliblər. Fədayə Rəqsanəyə yaxınlaşaraq, onunla görüşüb.

"Rəqsanə məndən incimişdi, amma mən ondan inciməmişdim. Məclisdə mənə söz veriləndə, bütün sənət dostlarımın adlarını bir-bir çəkərək salamladım və Rəqsanəni də salamladım, o da salamımı aldı, sağ olsun... Sonda öpüşdük, görüşdük, dedim ki, gəl mehriban olaq. Söhbəti olmamış kimi elədik getdi, gülə-gülə ayrıldıq",- Fədayə bildirib.

Xatırladaq ki, Rusiyaya köçən və orada fəaliyyətini davam etdirən müğənnilərin mübahisəsinə səbəb toy məclisi olub. Rəqsanə "33 sual"da açıqlamasında Fədayə haqda "Həbsdə olanda ən çox mən onların yanında oldum. İndi onu heç axtarmıram da. Fədayəni Moskvaya gətirən mən oldum. Çünki mən onun yaşadığını yaşamasam da, ailəm yaşayıb. Yığdım müğənniləri ki, onun ailəsinə pul yığaq. Hər şeydən əvvəl də anamı evlərinə göndərmişdim. Mənim kiməsə borcum yoxdur. Heç vaxt adımı çəkmədi. Fədayə Laçınla heç vaxt yaxın dost olmamışam. Bir dəfə onunla eyni verilişdə idik. Qayıtdı ki, heç vaxt qalmaqalda olmamışam, olmayacam da. Amma gördün necə sınaqlardan keçdin? Fədayə bir nömrə olanda mənə kömək etmirdi. Tacir Şahmalıoğlu ilə bütün günü toylarda idilər. Əksinə məni vururdular, toylarda olmasın deyirdilər" sözlərini söyləyib.



41 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti