Aktrisa sevgilisindən ayrıldı
Müğənni ailəsini dağıtmaq istəmir
Aktrisaya 1 lirə təzminat ödənəcək
Müğənninin oğurlanan maşını tapıldı

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

Röya onu hələ də sevir

07-05-2021


“Anarla bir-birimizi həqiqətən sevib evlənmişik. Bu evliliyə görə çox qurban vermişəm. Çünki biz evləndikdən sonra bir çox problemlər ortaya çıxdı. 6 ay sonra onun ailəsi məni qəbul etdi”.

Mtv.az xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan deyib.

Sualları cavablandıran sənətçi, keçmiş həyat yoldaşı Anar Cəlilovdan problemlər səbəbindən ayrıldığını etiraf edib: “Ayrılanda ən çox qorxduğum bir halı yaşadım. Mənim çoxlu faizlərim var idi. Təsəvvür edin, elə bil 500 min götürürsən və hər ay 50 min faiz ödəyirsən, borclar azalımır. Atamın evinə qədər satdım. 7 il əvvəl isə hər şeyə sıfırdan başladım. 2015-ci ildə də konsert verdim. O pula torpaq aldım. Hər şeyi övladım üçün edirəm. Mən o qadınam ki, 15 ildə nə yığmışdımsa, hamsını bir gündə itirdim. Onları son 6-7 ildir yerinə qaytarıram. Anarın ilk evliliyindən oğlu var. Biz tanış olanda artıq o, 9-11 ay əvvəl arvadından ayrılmışdı. Hər kəs dedi ki, mən onunla evli ola-ola görüşmüşğm. Bu əsla belə deyil. Anarla başqa şeyin üstündə ayrıldıq. Problemlərimiz həqiqətən çox oldu. Axırda dözə bilmədim. Ona xoşbəxtlik arzu edirəm. İnşalla bu qızla xoşbəxt olar”. Röya qayınanası ilə Anarı ilk xanımından ayırmaq üçün müqavilə imzaladığı xəbərlərinə münasibət bildirib: “Dünyanın ən gözəl qayınanası onun anası, Nazilə xanımdır. Ayrılanda utandım ki, nece deyim ona? Onların ailəsi çox sadədir. Xoşbəxtəm ki, o ailədən uşaq dünyaya gətirmişəm”. Sənətçi keçmiş həyat yoldaşı Anardan illər əvvəl ayrılsa da onu hələ də çox sevdiyini deyib: “Anarı çox sevmişəm. Bəlkə bu gün də sevirəm. Bir müddət əvvəl oğlumla şəkil çəkdirmişdi. Gördüm onun saçları çox ağarıb. Nə qədər ağlamışam. Çünki insan istəmir sevdiyi yaşlansın, saçları ağarsın. Adam ancaq sevdiyi zaman bütün hər şeydən keçir. Ayrılanda isə nifrət etmək lazım deyil”.

35 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti