Aktrisa sevgilisindən ayrıldı
Müğənni ailəsini dağıtmaq istəmir
Aktrisaya 1 lirə təzminat ödənəcək
Müğənninin oğurlanan maşını tapıldı

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

Sənubər Hollivud sevgisini açıqladı

29-03-2021


Əməkdar artist Sənubər İsgəndərli teleproqramın birində qonaq olub. Mtv.az xəbər verir ki, aktrisa sevgidən, sənətdən bəhs edib. O, "Yəqin minlərlə tərif eşitmisiz, nə vaxt inanmamağa başladınız? Nə vaxtdan göydəki ulduzları yerə endir kişilərə inanmırsız?" sualına belə cavab verib: "O sözlərin hər zaman arxası boş olub. Həyat təcrübəsidir. Kişi söz yox, əməlində bilinər. Diqqəti, sevgini əməldə göstərməlidir. Boş-boş danışmaqla yox. Mənim həyatımda belədir". S.İsgəndərli Azərbaycan filminin hazırki durumundan, Hollivud sevgisindən danışıb: "İlk növbədə savadlı kadr lazımdır. İşıqçı, fəhlə belə kinonu sevən, can yandıran, başıçıxan olmalıdır. Rejissor filmi yuxuda görüb çəkməlidir. Onda biz nəyəsə qadir ola bilərik. Biz itirmişik nəsilik. 1980-ci illərin sonu gəldik sənətə, 1990-cı ildən kinostudiya üzüstə qaldı. Xaricdə gedib oxuyanlar burada heç nə edə bilmədi. Balaca dirçəlirdik ki, yaşlandıq. Gənc kadrlar isə yetişmədi. 15-20 il itdi getdi. "Şərikli çörəyi", "Bir Cənub şəhəri"ni də biz çəkmişik. Necə sonra bunlar olmadı? İndi bir az hərəkət var. Yəqin ki, 20 ilə Hollivudun qırmızı xalçasında bizdən kimsə olar".

47 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti