“Çox dərinə getməyən aktyor MUZ TV Azərbaycan-a: "Sürprizlərə hazır olun" - foto

“Vicdan Haqqı” serialında rol alan aktyor Kamran Yunis MUZ TV Azərbaycana özəl açıqlama verib.
Muztv.az xəbər verir ki, aktyor qarşıda tamaşaçıları bir sıra sürprizlər gözləyəcəyini deyib:
“Çəkilişlər əla gedir. Qarşıda tamaşaçıları elə sürprizlər gözləyir ki, heç mən özüm də elə gözləmirdim. Serialda maraqlı bölümlər olacaq. Düşünürəm ki, tamaşaçıları hər dəfə hər bölümündə şoka salan “Vicdan Haqqı” başda rejisssor və ssenaristlər Rövşən İsax və Vüqar Əmirov olmaqla, hələ qarşıdakı mövsümdə də tamaşaçıları təəccübləndirməkdə davam edəcək. Mən buna əminəm, heç şübhəm yoxdur”.
Bundan əlavə, serialda “Yusif” obrazını canlandıran Kamran Yunis Yusiflə Kamranın real həyatda elə böyük fərqinin olmadığını da etiraf edib:
“Mən oynadığım bütün rolları həyatda oynaya bilərəm. Çünki yaratdığım obrazlarla mənim aramda heç bir fərq yoxdur. Çox dərinə getmək istəmirəm. Ruh qatımızda hamısının öz yeri var. Əslində Yusiflə Kamranın böyük bir fərqli xüsusiyyətləri yoxdur. Yusif elə Kamran Yunisin özüdür. Düşünürəm ki, gələcəkdə Yusif nə addım atacaqsa, eyni addımı Kamran Yunis də ata bilər, atardı və atacaq da”.
Xatırladaq ki, Kamran Yunis “Vicdan Haqqı”da “Yusif” obrazı ilə qızından imtina etmiş ata rolunu ifa edir.
Bununla bağlı süjetə noyabrın 24-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.
Lamiyə Balacayeva







Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
