Müğənni məhkəməyə müraciət edib
Seda Sayanı izləyicilər çox bəyənib
Beyons vergidən yayınmaqda ittiham olunur
Bloger və gimnast “qara siyahı”ya salınıb

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

Yaşar Yusub MUZ TV Azərbaycan-a danışdı - "Şou-biznesdə hər kəsin əli yağ-bal içində deyil”

24-11-2017


Müğənni Yaşar Yusub MUZ TV Azərbaycan kanalına maraqlı açıqlama verib.

Muztv.az xəbər verir ki, ifaçı həmkarı Xəyyam Nisanovun “Azərbaycan şou-biznesində kasıb müğənni yoxdur” sözləri ilə razılaşmadığını dilə gətirib:

“Hamıdan xəbərim yoxdur. İmkanı olan da var, olmayan da var. Demirəm acından ölürlər. Adam var ki avtomobili var, kreditini ödəyir, əziyyət çəkir. Bu çətinliklər hər bir sahədə var. Deməzdim ki, şou-biznesdə hər kəsin əli yağ-bal içindədir.”

Yaşar Xalq Artisti Mələkxanım Əyyubovanın “Dünən sənətə gəlib, amma yanında telefonuna cavab verən var. Bu, hörmətsizlikdir” sözləri ilə tam razı olduğunu deyib:

“Tam razıyam. İki nömrəm var biri şəxsidir, biri köməkçimin nömrəsidir. Ancaq öz nömrəmi bütün şou-biznes, sıravi insanlar da bilir. Zənglərə özüm cavab verirəm. Efirdə yaxud da səfər də olanda köməkçinin telefon zənglərinə baxması isə normal haldır. Elə adam olur  tapmaq olmur, o verir bu köməkçisinə, bu verir o biri köməkçisinə, yəni belə hallarda olur.”

Yaşar Yusub yaxın zamanda bir neçə layihələrini təqdim edəcəyini və söz yazarı Tahir Məhərrəmli ilə yeni mahnı üzərində çalışdıqlarını dilə gətirib:

“Əngəllər” mahnısı üçün klip hazırlıqları gedir. Gənc rejissor Əhməd Əli lentə alacaq. Yaxın günlərdə çəkilişlər başlayacaq.”

İfaçı uzun müddətdir konsert barədə düşündüyünü də söyləyib:

“İki ildir bu barədə düşünürəm, maddi imkanlara görə gecikir. Yaxşı alınması üçün, yaxşı da pul lazımdır.”

Türkiyə səfərindən yeni qayıdan müğənni gələn il adını açıqlamadığı türk həmkarı ilə duet ifa edəcəyi müjdəsini verib. Sənətçi şou aləmində hər şeyin getdikcə bəsitləşdiyini dilə gətirib:

“Kliplər çox azdır. Çox bəsitləşib. Hətta elə bir dövrana gəlmişik ki, müğənnilər artıq mahnı çıxartmağı əziyyət bilirlər. İş oldu, efir oldu bəs edir. Çətinliklər olur, müğənnilər yağ-bal içində yaşamır.”

Yaşar Yusub hazırda zövqsüz müğənnilərin, mahnıların daha çox dinləndiyini vurğulayıb.

Bununla bağlı süjetə noyabrın 24-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək "Muz Life" verilişində baxa bilərsiniz.

Əhəd Miriyev
Günel Əliyeva

1829 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti