Müğənni məhkəməyə müraciət edib
Seda Sayanı izləyicilər çox bəyənib
Beyons vergidən yayınmaqda ittiham olunur
Bloger və gimnast “qara siyahı”ya salınıb

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

“Onlarla özümü eyni efirdə görmək istəmirəm” - Aygün Bayramova MUZ TV Azərbaycana danışdı

22-11-2017


Xalq Artisti Aygün Bayramova MUZ TV Azərbaycan-a maraqlı açıqlamalar verib.

Muztv.az xəbər verir ki,muğam ifaçısı yaxın zamanda bir neçə xarici ölkəyə səfəri olacağını dilə gətirib:

“Könül” intrumental ansamblı ilə xarici ölkələrə səfərim olacaq. Öncədən danışmaq istəmirəm, gedək konserti yüksək səviyyədə keçirim, gəlim, yenə danışım.”

Uzun müddətdir efirlərdən uzaq olan sənətçi onun üçün hər gün verilişlərdə iştirak etməyin önəmli olmadığını vurğulayıb:

“Az ol efirdə, amma yadda qalan ol. Efirlər arasında da seçim edirəm. Verilişlər çoxdur, ancaq özüm bilirəm ki, hansı efirə getmək olar, hansına olmaz. Tamaşaçı ifa üçün, darıxmalıdır.

Hər gün efirdə olmağın nə mənası var. Xanəndə seçiminin səbəbini isə belə izah edib:

“Elə ifaçılar var, onlarla özümü bir efirdə görmək istəmirəm. Hər kəsə şamil etmək olmaz, bəzi aparıcılar var ki, istəmirəm onlarla efirdə olum.”

Xalq Artisti Azərbaycanda şou-biznesin olmadığını dilə gətirib:

“Şou-biznes yoxdur. Ona şou-biznes deyirlərsə, Allah canlarını sağ eləsin. İşlərində uğurlar.”

Bu barədə süjetə noyabrın 22-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək "Muz Life" verilişində baxa bilərsiniz.

Günel Əliyeva

1050 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti