Müğənni məhkəməyə müraciət edib
Seda Sayanı izləyicilər çox bəyənib
Beyons vergidən yayınmaqda ittiham olunur
Bloger və gimnast “qara siyahı”ya salınıb

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

“Deyirlər Gülyanaqla küsülüyük” - Gülyaz Məmmədovadan MUZ TV Azərbaycan-a eksklüziv – foto

21-11-2017


Xalq Artisti Gülyaz Məmmədova MUZ TV Azərbaycana özəl açıqlama verib.

Muztv.az xəbər verir ki, Gülyaz Məmmədova bacısı Xalq Artisti Gülyanaq Məmmədova ilə küsülülük xəbərlərinə aydınlıq gətirib:

“Hərdən elə xəbərlər oxuyuram ki, guya bacım Gülyanaqla küsülüyük. Amma deyim ki, o məlumatlar hamısı yalnışdır. Biz bacılar həmişə bu barədə öz narazılığımızı bildirmişik. Olmaz belə. Bunu reklam xətrinə etməsinlər. Olub ki, mən səhər harasa gedəsiyəm, qarşıma belə bir xəbər çıxır ki, iki bacı niyə yola getmədi? Mübahisə hər bir ailədə ola bilər. Bu, qardaş-bacı arasında da yaşanır. Elə xırda şeylərə görə narazılıq yaranır ki, amma bunlar mübahisə də deyil ki. Biz hər zaman biri-birimizi tutan bacılarıq. Hərdən yayılan o xəbərlər hamısı şayiədir. Mən Gülyanaqla, o da mənimlə qürur duyur. Sevmədiyim bir şeydir ki, hər dəfə bu olayla rastlaşırıq”.

Gülyaz Məmmədova ona inanmayan tamaşaçılara iradını da bildirib:

“Bu yaxında bir tamaşaçı mənə yaxınlaşıb deyir ki, siz iki bacı niyə yola getmirsiniz? Deyirəm bu şayiədir, mənə inanmır. Artıq mən o qadına cahil kimi baxdım ki, demək o şəxsən mənim özümdən soruşur amma inanmırsa, deməli, bu insan bisavadddır. Sadəcə efirdə nə görürsə, ona inanır. Belə insanlara nə deyim, nə söz tapım mən? Xahiş edirəm, olmayan bir şeyi danışmayın. Başa düşməyən insanlar da var”.

Xatırladaq ki, Xalq Artisti Gülyaz Məmmədova bu yaxınlarda Türkiyədə konsert proqramı ilə çıxış etmişdi.

Bununla bağlı süjetə noyabrın 21-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz. 

Lamiyə Balacayeva
 









972 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti