EKSKLÜZİV
Fidan Hacıyeva MUZ TV Azərbaycan-a danışdı - konsertə hazırlaşıram
09-11-2017

Bu yaxınlarda "Gənc Ulduzlar"ı ilə birgə silsilə konsertlər verən Xalq Artisti, tanınmış opera ifaçısı Fidan Hacıyeva MUZ TV Azərbaycan kanalına yeni layihələri barədə açıqlamalar verib.
Muztv.az xəbər verir ki, tələbələri ilə eyni səhnəni paylaşaraq arzusunu reallaşdırdığını söyləyən opera ifaçısı bu konsertlərin davamlı olacağını dilə gətirib.
“Bu yaxınlarda Fransada solo konsertim reallaşdı. Hazırda Heydər Əliyev sarayında keçirəcəyim konsert üçün hazırlaşıram. Gələn ilin aprelində yeni möhtəşəm konsertim baş tutacaq” - Fidan Hacıyeva deyib.
Bu barədə süjetimizə noyabrın 9-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək "Muz Life" verilişində baxa bilərsiniz.
1510 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
2 İyun
1 İyun