Niyam Salamidən MUZ TV Azərbaycan-a eksklüziv açıqlama

Müğənni Niyam Salami MUZ TV Azərbaycan kanalına özəl açıqlama verib.
Muztv.az xəbər verir ki, idman salonunda olan müğənni “Danışmadan keç” adlı yeni klipi barədə kameralarımıza danışıb:
“Mahnının musiqisi Zeynala məxsusdur. Arajimanı Elvin İmanov edib. Artıq arajimanlarımı Türkiyəyə göndərmirəm. Kaman hissəsi orada ifa edildikdə bizim mahnımıza bənzəmir. Çox bəyəndim, avropa sayağı bir iş alındı. Klipi dostum Əhməd lentə alıb. İdeya özümə aiddir. Hava biraz yağışlı oldu. İnanmırdım ki, yağış yağacaq əhvalım pozulmadım. Dedim “Eybi yox, təşkil edərik” yerində hər şeyi həll etdik. Eksklüziv bir şey yaratdım. Çəkilişlərimiz gecə birin yarısı başladı, altının yarısı qurtardı”.
Müğənni çəkilişdə dəyişiklik olduğu üçün həmkarının klipdə rol ala bilmədiyini dilə gətirib:
“Hər kəsin tanıdığı həmkarlarımdan biri klipdə tərəf müqabilim alacaqdı. Hava şəraitinə görə, açıq havada olacaq çəkilişlər təxirə salındı. Adını açıqlamıram hər şey hazır idi, son anda dəyişiklik oldu”.
İfaçı klipin ərsəyə gəlməsində dostlarının dəstək olduğunu dilə gətirib:
“Ancaq dostlarımla işləyirəm, deyirəm ki “Gəlin iş görün, iş göstərin və pul tələb edin”. Yaxşı iş olsa, dostlarım və həmkarlarım bəyənsə, “Normaldı” desələr demək sizinlə iş görməyə dəyər”.
Bununla bağlı süjetə bu gün saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək "Muz Life" verilişində baxa bilərsiniz.
Günel Əliyeva
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
