Britni başqası ilə göründü - foto
Nigar retro tərzində geyim seçib - foto
Müğənni əməliyyat etdirdiyini etiraf edib
İrinanın yarıçılpaq şəkilləri

Facebook instagram Twitter Youtube
BLOGGER

Bloger və gimnast “qara siyahı”ya salınıb

01-06-2023


Rusiyada azərbaycanlı bloger Hüseyn Həsənov və Azərbaycanı beynəlxalq yarışlarda təmsil edən gimnast Samirə Mustafayeva vergidən yayınma və çirkli pulların yuyulmasında iştirakı iddialarına görə yoxlanılacaq. Mtv.az xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı məlumat yayıb. Bildirilib ki, onların adı Rusiyanın Daxili İşlər Nazirliyinin tərtib etdiyi “qara siyahı”ya salınıb. Hüseyn və Samirə ilə yanaşı siyahıda Daria Zoteeva (İnstasamka), Yeqor Krid, Aleksandra Mitroşina, Lerçek, Yelena Blinovskaya kimi blogerlərin adı yer alıb. Həmçinin, buraya Oksana Samoylova, Dina Saeva, Viktoriya Bonya, Nadine Serovski, Anastasiya Mironova, Yekaterina Usmanova və Veronika Xatskeviç kimi şəxslərin adı da daxildir. Əlavə olunub ki, martda A.Mitroşinaya qarşı 120 milyon rubl məbləğində vergi ödəmədiyinə görə cinayət işi başlanıb. Lakin o, apreldə borcunu ödəyib və bundan sonra onun adı “qara siyahı”dan çıxarılıb. Xatırladaq ki, bundan əvvəl məşhur rus bloger Yelena Blinovskaya saxlanılaraq barəsində ev dustaqlığı qərarı verilib.

72 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti