Madonna 35 yaş kiçik sevgilisindən ayrılıb
Hollivud ulduzuna psixi pozuntu diaqnozu qoyulub
Müğənni mebel şirkətinin siması olub
Supermodel 78 yaşında poz verdi - foto

Facebook instagram Twitter Youtube
AFİŞA

Xalq artisti əri ilə "Teatro Real"da səhnəyə çıxacaq - foto

12-05-2022


Rusiyanın Xalq artisti Anna Netrebko bir sıra mədəni ləğvlərlə üzləşib və yaradıcılıq fəaliyyətinə müvəqqəti fasilə verib. Mtv.az xəbər verir ki, ifaçının Madriddə keçiriləcək Universal Musiqi Festivalında iştirak edəcəyi açıqlanıb. O, iyulun 25-də həyat yoldaşı, Xalq artisti Yusif Eyvazovla "Teatro Real"da səhnəyə çıxacaq. Bundan başqa Mariinski teatrının may-iyul aylarında keçiriləcək “Ağ gecələrin ulduzları” festivalında da Annanın çıxış edəcəyi gözlənilir. Anna uzun müddət Ukraynadakı vəziyyətlə bağlı şərh vermədiyinə görə, çalışdığı bir çox məşhur teatrla yollarını ayırmalı olmuşdu. O, fikrini bildirdikdən sonra isə "Novosibirsk Opera Teatrı" onunla əməkdaşlığı dayandırmışdı. Bundan sonra o, karyerasında fasilə verərək səyahətə yollanıb. Bir neçə gün əvvəl Bakıda olan ifaçının hazırda Dubayda olduğu təxmin edilir.

22 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti