Məşhur aktyor yenə ata olacaq - foto
Serialın çəkilişləri koronavirusa görə dayandırıldı
Aktyor sevgilisi ilə "evdə qal"mır
Nəsrin arxiv fotolarını paylaşdı

Facebook instagram Twitter Youtube
ULDUZ

Məşhurların yaradıclıqla bağlı yenilikləri

15-11-2012


    Azərbaycanın xalq artisti Brilliant Dadaşova yenidən İstanbula gedəcək. Sənətçinin qardaş ölkəyə səfərinin əsas məqsədi albomunun tamamlanma işlərinə nəzarət etməkdir. Xalq artisti dekabrın 10-da Bakıya qayıdacaq. 
    Müğənni Rəqsanə toyların olmamasından istifadə edərək Səudiyyə Ərəbistanına gedib. Sənətçinin sözlərinə görə, gedəcəyi yer Məkkəyə yaxındır.İfaçı Hacı xanım olmağa tələsmir. “O zaman Hacı xanım olaram ki, səhnədən uzaqlaşım, bilim ki, namazımı qılıram , haramdan uzağam” - deyə müğənni bildirib.
    Müğənni Xəyyam Nisanov dekabrın 1-də Heydər Əliyev Sarayında solo-konsert proqramı ilə çıxış edəcək. “Solo” adlanan konsertin detalları haqqında tədbirin prodüseri Murad Arif məlumat verib. Onun sözlərinə görə, Xəyyam 3 saata yaxın, canlı konsert proqramı ilə tamaşaçılarının qarşısında çıxış edəcək. Konsertdə Azərbaycanın caz, estrada musiqiçiləri, instrumentalistləri müğənnini müşayiət edəcək. Gecədə Xəyyamın ukraynalı rəqqaslarla birlikdə çıxışı gözlənilir. Bununla yanaşı sirk nömrələrinin olacağı da istisna edilmir. Xatırladaq ki, Xəyyam kimlərlə duet oxuyubsa, həmin ifalar konsertdə də səslənəcək.

 

Xəyalə Əzizova

 

Muz-Tv.az
 

942 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
28 Mart


























27 Mart