Məşhur aktyor yenə ata olacaq - foto
Serialın çəkilişləri koronavirusa görə dayandırıldı
Aktyor sevgilisi ilə "evdə qal"mır
Nəsrin arxiv fotolarını paylaşdı

Facebook instagram Twitter Youtube
ULDUZ

MTV Avropa Musiqi mükafatlarının qalibləri məlum oldu

14-11-2012


     Almaniyanın Frankfurt şəhərində keçirilən mərasimdə MTV Avropa Musiqi mükafatlarının qalibləri məlum olub. Gecədə məşhur müğənnilər Teylor Svift və Castin Bieber hərəsi 3 mükafata layiq görülüb. Kantri musiqiçisi Svift ən yaxşı qadın müğənni, ən yaxşı canlı ifa edən və ən yaxşı görünüşə malik müğənni kateqoriyalarında qalib olub. Castin Bieber isə ən yaxşı pop və kişi müğənnisi, eləcə də dünya səhnəsi performansı mükafatlarına layiq görülsə də, o, bu mərasimdə iştirak etməyib. “One Direction” qrupu ən yaxşı və ən böyük azarkeş kütləsinə malik qrup seçilib. İlin ən yaxşı video klipi mükafatını isə “Gangnam Style”-ın müəllifi “PSY” alıb. Gecənin digər qalibləri arasında Karli Rey Cepsen, “Linkin Park”, Niki Minaj, Devid Getta olub.
    Amerikalı məşhur aktrisa Enn Hetevey gələn ilin mart ayında nümayiş olunacaq “Səfillər” filmindəki rolu üçün 10 kiloqram arıqlayıb. Gündə sadəcə 500 kalori qəbul edən 1,72 sm boylu ulduz 65 kiloqramdan 55-ə düşüb. Jurnallardan birinə müsahibə verən 29 yaşlı aktrisa gündə iki alma və proteinli içkilərlə bəsləndiyini açıqlayıb.
    “Alatoranlıq” silsiləsinin sonuncusu olan “Alatoranlıq: Şəfəq – 2-ci hissə” filminin premyerası reallaşıb. Silsilənin heyranları son bölümü səbirsizliklə gözləyirdilər. Hər kəsi Edvard və Bellanın sonrakı aqibəti maraqlandırırdı. Bundan əlavə, bir neçə ay əvvəl Kristen Stüartın sevgilisnə xəyanəti barədə yaranan qalmaqalın tədbirdə necə əks olunacağı da maraq doğururdu. Ulduzlar tamaşaçıları məyus etməyərək, bütün gecə bir-birlərinə sevgi dolu baxışlar atıb. Amma Rob və Kristenin kinoteatra ayrı maşınlarda gəldikləri və qırmızı xalıda yanaşı dayanmadıqları diqqətdən yayınmayıb. Cütlük insanlar qarşısında xoşbəxt görünməyə çalışsa da, müsahibə zamanı bir-biri haqqında suallara cavab verməkdən çəkinib. 
    Hollivudun məşhur aktrisalarından biri Demi Mur 50 yaşını qeyd edib. Tədbir Dubayda reallaşıb. Ulduzun bütün yaxın dostları mərasimdə iştirak edib. Son illər ərzində şəxsi həyatında ağır mərhələdən keçməsinə baxmayaraq, Demi doğum günündə çox gözəl görünüb. Yubiley haqqında əlavə məlumat verilməsə də, aktrisanın çox xoşbəxt olduğunu tez-tez təkrarladığı bildirilib.

 

Sahilə Aslanova

 

Muz -Tv.az
 

900 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
28 Mart


























27 Mart