Amber Herd liftin qarşısında görüntüləndi - foto
Murad Handeni çox sevir
Sərdar Ortaç yeni sevgilisindən ayrıldı
Nura Suri toy qiymətində endirim edir

Facebook instagram Twitter Youtube
ULDUZ

Bengü yeni albomunu təqdim etdi

13-11-2012


   Türkiyəli müğənni Bengü yeni “Anlatacaklarım var” adlı albomunu sevənlərinin ixtiyarına verib. Sözügedən musiqi toplusu üçün ilk dəfə prodüser qismində də çıxış edən ulduz “Bu layihə öz rəhbərliyimdə çıxardığım ilk işimdir, buna görə də daha diqqətli oldum”, - deyib. Albomun çıxış mahnısı “Haberin olsun” radio və musiqi kanallarında eyni anda yayımlanacaq. Üz qabığı şəkilləri və klip üçün Nihat Odabaşına müraciət edən Bengü mahnıdan əlavə qeyri-adi görüntüləri ilə də gündəmə gəlmək fikrindədir. 
   Amerikalı müğənni Kris Braun yeni “Nobody’s Perfect” mahnısını təqdim edib. Sözügedən əsər ifaçının gələn ilin yazında çıxması gözlənilən “Carpe Diem” albomuna daxil ediləcək. Qeyd edək ki, Braunun son albomunun çıxış mahnısı olan “Don’t Judge Me” hələ də dünya musiqi siyahılarında ilk yerlərdən birini tutmaqda davam edir.
   Britaniyalı rok musiqiçi Erik Kleptonun qol saatı Cenevrə hərracında 3,4 milyon dollara satılıb. Platin saat İsveçrə kompaniyası tərəfindən 1987-ci ildə hazırlanıb. Hərracın təşkilatçılarının sözlərinə görə, saat üzərində daimi kalendar və ayın mərhələləri əks olunduğuna görə bu qədər qiymətlidir. İlk dəfə 1989-cu ildə hərraca qoyulan saat Klepton tərəfindən həmişəlik alınıb. Musiqiçinin nə qədər pul ödədiyi isə qeyri-müəyyəndir.
   “Vintaj” qrupunun solisti Anna Pletnyova gecə kluplarından birində çıxışı zamanı kiçik qəza keçirib. Müğənni əvvəldən düşünülən fikrə görə səhnəyə qara tabut içərisində çıxmalı olub. Amma ayağı ilişən ifaçı taxta döşəmədəki boşluğa düşüb və pəncəsini bir neçə yerdən qırıb. Hadisədən bir neçə saat sonra qrupun solisti əməliyyat edilib.

 

Sahilə Aslanova

 

Muz–Tv.az
 

1009 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
29 Mart
































28 Mart