Məşhur aktyor yenə ata olacaq - foto
Serialın çəkilişləri koronavirusa görə dayandırıldı
Aktyor sevgilisi ilə "evdə qal"mır
Nəsrin arxiv fotolarını paylaşdı

Facebook instagram Twitter Youtube
ULDUZ

Türkiyəli aktrisa Türkan Şoray Bakıya gələcək

12-11-2012


   Türkiyəli aktrisa Türkan Şoray Bakıya gələcək. Məşhur xanımın şəhərimizdə 3 gün qonaq olacağı gözlənilir. Xatırladaq ki, noyabrın 26-dan 30-dək Bakıda gənclərin II Respublika Toplantısı keçiriləcək. Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq toplantı çərçivəsində aktrisanın da həmin tədbirə qatılacağı gözlənilir. Türkiyəli aktrisanın kino sənəti sahəsində fikirlər söyləyib, biliklərini paylaşacağı bildirilib. Qeyd edək ki, tədbirdə Türkan Şorayın yeni filminin nümayişi və müəllifi olduğu kitabın təqdimat mərasiminin keçirilməsi də nəzərdə tutulub.
   Xalq artisti Aygün Kazımova yenə iddialı danışıb. O, yaxın 10 il ərzində Azərbaycan şou-biznesində rəqibinin olmayacağını deyib. İfaçı hesab edir ki, artıq Türkiyə şou-biznesinə daxil olub: "Orada işləməyimə baxmayaraq, həmişəlik qalmaq fikrim yoxdur. Başqa ölkədə işləmək üçün mütləq köçmək lazım deyil. Əgər adamın rəqibi yoxdursa, həmin yerdə işləmək maraqlı olmur. Nə qədər gözlədim, bizim səhnədə mənim potensialımda müğənni olmadı", - deyə xalq artisti vurğulayıb.
     Xalq artisti Faiq Ağayev yeni mahnılarından birinə klip çəkdirməyi planlaşdırır. Bu barədə müğənni verilişlərdən birində bildirib. Onun sözlərinə görə, bu klip digərlərindən fərqlənəcək: "Ssenari üzərində çox düşündük, sonra qərara gəldik ki, qəhrəman su pərisi olsun. Bu obrazı tanınmış teleaparıcılardan biri ifa edəcək", - deyə müğənni əlavə edib.
    Bir neçə il bundan öncə həm oriental rəqsləri, daha sonra müğənniliyi ilə gündəmdə olan Sevda Sanəliyeva yenidən səhnəyə qayıdır. O, bildirib ki, tezliklə yeni bir ampluada səhnədə görünəcək: “Həyatımda çox çətin günlər yaşamışam. Gecələri ağlayırdım. Başıma bir neçə hadisə gəlmişdi. Amma çox şükür ki, hər şey geridə qaldı”. Rəqqasə-müğənni 2013-cü ildə ailə həyatı quracağını da deyib.
    Rəqqasə Oksana Rəsulova bir daha ərə getməyəcək. “Həyatımın indiki məqamında özüm-özümə ağayam. Sabah nə olacağını bilmək olmaz, lakin dəqiq bilirəm ki, bir də ərə getməyəcəm. Mənim həqiqətən də ən çox sevdiyim insan Elşad idi", - deyə o əlavə edib.

 

Sahilə Aslanova

 

Muz–Tv.az

 

968 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
28 Mart


























27 Mart