Amber Herd liftin qarşısında görüntüləndi - foto
Murad Handeni çox sevir
Sərdar Ortaç yeni sevgilisindən ayrıldı
Nura Suri toy qiymətində endirim edir

Facebook instagram Twitter Youtube
ULDUZ

Məşhur aktyor vəfat etdi

12-11-2012


   Rusiyalı məşhur aktyor və teleaparıcı, xalq artisti İlya Oleynikov 65 yaşında vəfat edib. “Gorodok” verilişinin bədii rəhbəri Marina Xarkeviçin verdiyi məlumata görə, ölümə səbəb ürək dayanması olub. O, aktyorun həmçinin bir neçə gün əvvəl xəstəxanaya aparıldığını da qeyd edib. Ilya Oleynikovun oğlu Denis Klyaver atasının uzun zamandır ağır ürək xəstəliyindən əziyyət çəkdiyini bildirib.1977-ci ildə Ümum SSRİ estrada artistləri müsabiqəsinin qalibi olan aktyor əsas söhrəti 1993-cü ildə Yuriy Stoyanovla birgə “Gorodok” verilişini yaradaraq qazanıb.
   Türkiyənin məşhur hotelləri və gecə klubları yeni il gecəsi üçün sənətçilərlə danışıqlara başlayıb. Belə ki, İstanbulda 5 ulduzlu hotellərdən biri meqastar Tarkana bayram şənliyində səhnəyə çıxması üçün 500 min lirə təklif edib. Ölkə xaricindən də təkliflər alan ulduz düşünmək üçün möhlət istəyib.
   Türkiyəli müğənni Kənan Doğulu konserti zamanı ifa etdiyi bütün mahnıları sevgilisi Beren Saata baxaraq söyləyib. Əlləriylə ürək işarələri edən ulduza aktrisa da eyni işarə ilə cavab verib. Səhnəyə çıxmazdan əvvəl jurnalistlərin suallarını cavablandıran müğənni “Çox xoşbəxtəm. Həyatımın ən gözəl günləridir. Sevirəm. Daha başqa heç nə soruşmayın ”, -deyib.
    53 yaşlı məşhur müğənni Brayan Adams bir neçə aydan sonra ikinci dəfə ata olmağa hazırlaşır. Musiqiçinin sevgilisi və köməkçisi Alisiya Qrimaldi yenidən hamilədir. Bu barədə Adams şəxsi Twitter səhifəsində “Ya Alisiya həddən artıq çox şokolad yeyir, ya da bizim ikinci körpəmiz olacaq. Məncə, ikincisidir”, - yazaraq xəbəri təsdiqləyib. Xatırladaq ki, müğənninin ilk uşağı 2011-ci ilin aprelində dünyaya gəlib.

 

Sahilə Aslanova

 

Muz–Tv.az
 

 

 

1019 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
29 Mart
































28 Mart