Məşhur aktyor yenə ata olacaq - foto
Serialın çəkilişləri koronavirusa görə dayandırıldı
Aktyor sevgilisi ilə "evdə qal"mır
Nəsrin arxiv fotolarını paylaşdı

Facebook instagram Twitter Youtube
ULDUZ

Şou-biznes əhlindən yeniliklər var

10-11-2012


     Müğənni Aygün Kazımova həmkarlarını qıcıqlandıran açıqlamalarla çıxış edib. Onun sözlərinə görə, ölkədə ən bahalı layihələrin sahibəsi özüdü. Konkret məbləğ açıqlamaqdan imtina edən müğənni deyib ki, artıq söz-sohbət istəmir. Starımız yalnız onu əlavə edib ki, işlədiyi rejissorlar və bəstəkarların adlarını sadalamaq kifayətdi ki, xərclədiyi məbləğin ölçüsü barədə təəssürat yaransın. Sənətçimizin digər yenilikləri də hamıdan öndə olmasına bir işarə sayıla bilər. Belə ki, o, özünün "Hayat ona güzel" mahnısına çəkdirdiyi klipin qardaş ölkədə yayımlanan "Kral TV", "Power Türk" və başqa telekanalların "Top onluq"larında yer almasını fərqli uğuru kimi təqdim edib . Xatırladaq ki, türk ulduzlarının klipləri ilə birgə ön sıralarda nümayiş olunan "Hayat ona güzel"in ifaçısı verilişlərdə Orta Asiya və Balkanların Divası kimi təqdim olunur.Xalq artistinin bu uğurlu layihəsi internet vasitəsi ilə izlənmə rekordu vurmaqda davam edir.
    Azərbaycan estradasının tanınmış müğənnisi Nüşabə Ələsgərlinin çəkiliş zamanı başına iş gəlib. Verlişlərin birində müğənninin sırğasının bir tayı itib. Xanım Ələsgərli özünü sakit göstərsə də, çox əsəbləşib. İfaçı sırğasını axtarmağa başlayıb. Nüşabə xanım axtarışlarının boşa çıxdığını görüncə, verilişdə iştirak edənlərə: “Kim sırğamı tapsa, ona hədiyyə verəcəyəm”, - deyə səslənib.Qeyd edək ki, Nüşabə xanım həmin verilişdə həmkarı Elçin Hüseynovla birgə iştirak edib.
    Azərbaycan estradasının tanınmış müğənnisi Elçin Cəfərov yeni işlərini təqdim edəcək. İfaçı “Yadına sal” adlı albomunu və klipini üzə çıxaracaq. Qeyd edək ki, müğənni Elçin Cəfərov 19 noyabrda “Baku Jazz Centerdə ” yeni işlərini nümayiş etdirəcək.
    Populyar müğənni Ayaz Qasımov facebook sosial şəbəkəsinin aktiv istifadəçilərindən birinə çevrilib. Müğənni son zamanlar daha çox status yazıb, şəkil paylaşır.İfaçının son paylaşdığı şəkillər isə hər kəsin marağına səbəb olub. Belə ki, sadəliyi ilə seçilən müğənni bahalı avtomobilini nümayiş etdirib.

 

Xəyalə Əzizova.

 

Muz-Tv.az
 

934 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
28 Mart


























27 Mart