Məşhur aktyor yenə ata olacaq - foto
Serialın çəkilişləri koronavirusa görə dayandırıldı
Aktyor sevgilisi ilə "evdə qal"mır
Nəsrin arxiv fotolarını paylaşdı

Facebook instagram Twitter Youtube
ULDUZ

Jerar Depardye Fransanı tərk edir

10-11-2012


    Fransalı aktyor Jerar Depardye ölkəsini tərk edir. O, buna səbəb olaraq Fransadakı yüksək vergiləri, bahalı həyatı göstərib. Depardye yaşamaq üçün Belçikanı seçdiyini və oradakı yaşam standartlarının daha ucuz olduğunu bildirib. Aktyorun yeni iqamətgahı Fransa ilə sərhəddə yerləşən Neşen şəhərindədir. Qeyd edək ki, Jerar Depardye Fransanı tərk edərək daha ucuz ölkələrə gedən ilk məşhur deyil.
   Amerikalı məşhur aktrisa Ancelina Colinin 5 il əvvəl Vyetnamdakı uşaq evlərinin birindən övladlığa götürdüyü Paksın doğma anası oğlunu geri istəyir. Narkotik asılılığından müalicə olunan və xəstəxanadan sağlam diaqnozu qoyulan qadın uşağının vəlayəti üçün məhkəməyə müraciət edib.
Xatırladaq ki, Bred Pittlə birlikdə yaşayan Colinin üçü övladlıq, üçü bioloji olmaqla 6 uşağı var. Cütlüyün Paksı verib-verməyəcəyi isə məlum deyil. 
   Məşhur amerikalı müğənni Castin Biber sevgilisi Selena Qomesdən ayrılıb. Cütlüyə yaxın bir mənbənin məlumatına görə, ayrılığın səbəbi gənc müğənninin sevgilisinə xəyanət etməsidir. Xatırladaq ki, 20 yaşlı Selena və 18 yaşlı Castin ilk dəfə 2011-ci ilin fevral ayında sevgili olduqlarını rəsmən elan edib.
   “30 Seconds to Mars” qrupu yaradıcılıqlarının ən yaxşı albomunu çıxarmağa hazırlaşdığını elan edib. Amerikalı rok qrupunun dördüncü musiqi toplusu 2013-cü ildə işıq üzü görəcək. Qrupun solisti Cared Letonun sözlərinə görə, bu dəfəki mahnılar daha güclü və daha yaxşıdır. Maraqlısı odur ki, “30 seconds to Mars” qrupunun 4-cü albomunun səs yazma prosesi Asiya, Avropa, Amerika turneləri zamanı müxtəlif studiyalarda reallaşıb.

 

Sahilə Aslanova

 

Muz–Tv.az
 

867 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
28 Mart


























27 Mart